15 Sentyabr - Bilik günü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hər iki korpusunda tələbələr ilə görüş keçirilib. Görüşdə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva, prorektorlar, professor-müəllim heyəti və əsasən də bu il qəbul olan tələbələr iştirak edib. Tədbirdə çıxış edənlər tələbələri təbrik edərək, yeni dərs ilində onlara uğurlar arzulayıblar. Daha sonra tələbələrə tələbə bilətləri təqdim edilib.