Sentyabr ayının 14-ü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva İsrailin Ben Qurion Universitetinin əməkdaşı, həmyerlimiz Aleks Geftler ilə görüşüb. Görüş maraqlı bir (“Dream doctors”) layihənin təklifi ilə bağlı olub. Belə ki, İsrail və ABŞ-da Xərçəng xəstəliyi və digər ağır patologiyası olan uşaqları xəstəxanada həftənin müəyyən günlərində klounlar əyləndirir. Bunun üçün onlara (klounlara) xüsusi kurslarda təlimlər keçirlər. Qonaq belə bir layihənin ADMİU ilə birgə Azərbaycanda da reallaşdırmağı təklif edib və layihənin video çarxını nümayiş etdirib. Universitetin rektoru bu maraqlı, humanist layihəni çox bəyəndiyini, məmnuniyyətlə onun reallaşması üçün əlindən gələn köməkliyi edəcəyini, tələbələrimizin də belə həssas bir işdə könüllü şəkildə iştirak edəcəyini vurğulayıb. Layihəyə əsasən Ben Qurion Universitetindən xüsusi təlimlər keçmək üçün aktyorların göndərilməsi, Universitet tərəfindən isə xəstə uşaqlara yardımçı olmaq, onlara çətin anlarında əylənərək kömək etmək üçün könüllü tələbələrdən ibarət qruplar və auditoriyalar, layihənin reallaşacağı xəstəxana və s. təşkili nəzərdə tutulub.