ADMİU-NUN ƏMƏKDAŞI I BEYNƏLXALQ İNCƏSƏNƏT FESTİVALI VƏ RƏSM SİMPOZİUMUNDA
ADMİU-NUN ƏMƏKDAŞI I BEYNƏLXALQ İNCƏSƏNƏT FESTİVALI VƏ RƏSM SİMPOZİUMUNDA
20.07.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Türkiyənin Terkidağ-Şarköy vilayətində 2-9 iyul 2017-ci il tarixində keçirilən I Beynəlxalq İncəsənət Festivalı və Rəsm Simpoziumunda iştirak edib.
Beynəlxalq simpoziuma dünyanın səkkiz ölkəsindən, Türkiyə, Almaniya, Azərbaycan, Litva, Rusiya, Hindistan, Özbəkistan və Belarusiyadan on altı rəssam dəvət alıb.
Müəllim Vüqar Əliyev simpoziumdakı əsərlərini Azərbaycan cazz musiqisinin korifeyləri Pərviz Rüstəmbəyov və Əzizə Mustafazadəyə həsr edib. Əsas məqsədi Vaqif Mustafazadə sənəti və musiqisinin beynəlxalq festivalda tanıtmasıdır. Simpoziumun sonunda rəssamların əsərləri sərgilənib və diplom ilə təltif olunublar.