ADMİU-NUN REKTORU FƏRQLƏNMƏ DİPLOMU İLƏ BİTİRƏN TƏLƏBƏLƏRLƏ GÖRÜŞDÜ
ADMİU-NUN REKTORU FƏRQLƏNMƏ DİPLOMU İLƏ BİTİRƏN TƏLƏBƏLƏRLƏ GÖRÜŞDÜ
17.07.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva Universitetin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirən tələbələr ilə görüşüb.
Univeritetin tərkibindəki “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan tədbirdə rektor tələbələri təbrik edib və onları təhsil aldıqları müddətdə yüksək nailiyyətlər əldə edərək, Universiteti fərqlənmə diplomu ilə bitirdiklərinə görə Fəxri fərmanla təltif edib.
Rəsmi görüşdən sonra rektor və tələbələr çay süfrəsi ətrafında yenidən bir araya gəliblər. Səmimi ab-havada keçən söhbətdə tələbələr Universitet həyatından, rastaşdıqları maraqlı hadisələrdən, problemlərindən, eləcə də, gələcək planlarından və yaradıcılıq fəaliyyətlərindən bəhs ediblər.