İSRAFİL İSRAFİLOV BİRİNCİ ÜMUMDÜNYA TEATR FESTİVALINDA İŞTİRAK EDİR
İSRAFİL İSRAFİLOV BİRİNCİ ÜMUMDÜNYA TEATR FESTİVALINDA İŞTİRAK EDİR
27.06.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü İsrafil İsrafilov Qazaxıstanda Birinci Ümumdünya Teatr Festivalında iştirak edib. O, Astanada keçirilən “EKSPO 2017 beynəlxalq sərgisi” proqramı çərçivəsində SSRİ və Qazaxıstanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Asanali Aşimovun 80 illik yubileyinə həsr olunmuş Teatr Festivalına münsiflər kollegiyasının üzvü kimi dəvət olunub. 17-26 iyun tarixlərini əhatə edən festivalda Qazaxıstan, Latviya, Almaniya, Cənubi Koreya, Qırğızıstan, Belarus, Gürcüstan, Rusiya və Çinin müxtəlif teatr kollektivləri çıxış edib.
Qazaxıstan tamaşaçılarının dünya teatr sənətinin ən yaxşı nümunələri ilə tanış olması, beynəlxalq teatr əlaqələrinin qurulması və təcübə mübadiləsi məqsədi ilə keçirilən Birinci Ümumdünya Teatr Festivalında Avropa və Asiyanın görkəmli teatr xadimləri və yaradıcı kollektivləri iştirak edib.