ADMİU-NUN DOSENTİ YEGANƏ EYVAZOVANIN MONOQRAFİK BROŞURASI İŞIQ ÜZÜ GÖRÜB
ADMİU-NUN DOSENTİ YEGANƏ EYVAZOVANIN MONOQRAFİK BROŞURASI İŞIQ ÜZÜ GÖRÜB
20.06.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika elmlər üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın LAP Lambert Academic Publishing nəşriyyatının sifarişi ilə türk dilində “Tarih ve kültür abidesi fenomenine muzeal yaklaşım” adlı monoqrafik broşurası işıq üzü görüb.
Monoqrafik broşurada “Tarix və mədəniyyət abidəsi” fenomeninin status aspektləri muzeyşünaslıq kontekstində təhlil olunur, bu statuslu mədəni irs obyektlərinin dəyər potensialı qabardılır.
Qeyd edək ki, monoqrafik broşura Türkiyədə deyil, eləcə də Avropa və Asiya ölkələrində də yayımlanması nəzərdə tutulub.