ADMİU-NUN MÜƏLLİMİ SÜLEYMAN BABAKİŞİZADƏNİN RƏHBƏRLİYİ İLƏ RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT KEÇİRİLİB
ADMİU-NUN MÜƏLLİMİ SÜLEYMAN BABAKİŞİZADƏNİN RƏHBƏRLİYİ İLƏ RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT KEÇİRİLİB
30.05.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vernisaj zalında İnstrumental ifaçılıq kafedrasının müəllimi Süleyman Babakişizadənin rəhbərliyi ilə Respublika gününə həsr olunmuş sinif konserti keçirilib.
Musiqi sənəti fakültəsinin və Azərbaycan Milli Konservatoriyası nəzdində A.Zeynallı adına musiqi kollecinin tələbələrindən ibarət kamera ansamblı V.A.Motsartın Divertisment D major – I hissə (simli kvartet), Q.Qarayevin “Yeddi gözəl” baletindən “Ayşənin rəqsi”, İ.S.Baxın İki violin üçün konsert D minor I hissə, T.Albinoninin Simfoniya G major I hissə, S.Hacıbəyovun Skertso, A.Zeynallının “Muğamsayağı”, F.Verçaninin “Largo” və A.Dadaşovun Konsertino III hissə əsərlərini ifa ediblər.
Konsertdə tələbələr ilə orkestr işləməsi M.Mehmandarov və Ü.Mahmudbəyliyə məxsusdur.