ADMİU TƏLƏBƏLƏRİ “PƏNCƏRƏDƏN DÜŞƏN İŞIQ” ADLI ŞEİR VƏ MUSİQİ GECƏSİNDƏ
ADMİU TƏLƏBƏLƏRİ “PƏNCƏRƏDƏN DÜŞƏN İŞIQ” ADLI ŞEİR VƏ MUSİQİ GECƏSİNDƏ
28.05.2017
Azərbaycan Milli İncəsənət Muzeyində “Pəncərə” klubu tərəfindən “Pəncərədən düşən işıq” adlı şeir və musiqi gecəsi keçirilib. Tədbirdə ölkənin görkəmli ziyalıları, sənət adamları, Xalq yazıçıları Anar, Çingiz Abdullayev, yazıçı İlqar Fəhmi, şair Səlim Babullaoğlu, Əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə və s., həmçinin ali və orta təhsil müəssisələrinin tələbələri iştirak edib.
“Pəncərədən düşən işıq” adlı şeir və musiqi gecəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin II kurs tələbəsi Ağaəli Kərimzadə, IV kurs tələbəsi Ümman Budaqov və SABAH qrupu III kurs tələbəsi Hüseynağa Aslanovun ifasında M.Müşfiq, R.Rövşən, S.Ə.Şirvani, Ə.Kürçaylı və digər şairlərin şeirləri səslənib.