Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin və Rafig's Jazz Group-un iştrakı ilə “Retro Jazz” adlı konsert keçirilib.
Konsertdə musiqi məktəbinin şagirdləri R.Babayevin “2 prelüd”, V.Mustafazadənin “Mart”, M.Dvorjak “Etüd № 2”, D.Kramer “Petersona ithaf”, H.Lang “It’s oh so quiet”, H.Mancini “Moon river”, “The man I love”, G.Miller “In the mood” və G.Gershwin “Promenade” (“İtlə gəzinti”), II prelüd (“Caz laylası”), “Üç prelüd” I prelüd, III prelüd (“İspansayağı”), “Summertime”, “The man I love” retro jazz nümunələrini ifa ediblər.
İfaçıları Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq ixtisasında təhsil alan I kurs tələbəsi Aytən Cəbrayılova və Rafig’s Jazz Group-u müşayiət edib.