ADMİU TƏLƏBƏLƏRİ IV İSLAM HƏMRƏYLİYİ OYUNLARINA HƏSR OLUNAN "CAN AZƏRBAYCAN" LAYİHƏDƏ
ADMİU TƏLƏBƏLƏRİ IV İSLAM HƏMRƏYLİYİ OYUNLARINA HƏSR OLUNAN "CAN AZƏRBAYCAN" LAYİHƏDƏ
17.05.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrasının tələbələri Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədi ilə hazırlanan "Can Azərbaycan” adlı layihədə iştirak edib.
Vokal qrupunun tərkibində Estrada sənəti ixtisasında təhsil alan I kurs Nəzakət Veysəlova, Ləman Qasımzadə, Aydın Verdiyev, II kurs tələbələri Cəlal Məlikli, Şahin İmaməliyev, Ceyhunə Əliyeva, məzunlar Nicat Nəzirov, Bəhruz Kərimli, musiqi müsabiqəsinin istedadlı gəncləri, uşaq qrupu və oyunlarda milli musiqi üzrə səfir seçilən xanəndə Mirələm Mirələmov yer alır.
Layihənin bədii rəhbəri və ideyası Estrada sənəti kafedrasının baş müəllimi Gülnarə Allahverdiyevaya məxsus olan “Can Azərbaycan” adlı bəstənin musiqisi xalq artisti Faiq Sücəddinova, sözləri millət vəkili Rafael Hüseynova, aranjimanı Muxtar Abseynova, operatoru Çingiz Xankişiyevə, rejissor işi Alex Anişenkoya, Geyim üzrə rəssam işi Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Nəzakət Əhmədovaya həvalə olunub.