Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, dosent Ellada Hüseynova və İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş bakalavr və magistr pilləsində təhsil alan tələbələrin I elmi-ifaçılıq konfransı keçirilib.
Musiqi sənəti fakültəsinin dekanı Ellada Hüseynova öz çıxışında konfransın Universitetimizdə ilk dəfə keçirildiyini və əsas məqsədin repertuara daxil olan əsərləri nəzəri baxımdan təhlil etmək bacarığının aşılanması, bəstəkar yaradıcılığı və mənsub olduğu tarixi dövr haqqında məlumat əldə edilməsi olduğunu bildirib. Bununla yanaşı tələbələrin ifaçı kimi özlərini musiqi elmində ifadə etmək bacarığının gələcəkdə də müsbət təsir olacağı vurğulanıb.
Tədris işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova, Elm və yaradıcılıq işləri üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Əlizadə də konfransın tələbələrin yaradıcı-estetik zövqünün formalaşmasında mühüm rol oynadığını vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
İnstrumental ifaçılıq kafedrasının I kurs tələbələri Rafik Bəkərov S..Raxmaninovun Etüd-lövhələri (op 33), Pərvin Paşazadə M.D.Falyanın “İspan rəqsi”, Elməddin İbrahimli N.Əliverdibəyovun “Elegiya”, Aytən Cəbrayılova C.Qerşvinin “Üç prelüd” əsərində caz ünsürlərinin təzahürü, Zəkiyyə Qasımzadə İ.Abdullayevin “Tokkata” əsərində ifaçılıq problemləri, Məhəmməd Mirzəyev İ.Listin “Gnomenreigen”, Aysun Qəmbərova F.Əmirov “Nəsimi” baletindən “Məhəbbət rəqsi” əsərində təfsir xüsusiyyətləri, Nigar Hüseynova F.Şopenin Polonez (A-dur), Nurlan Abbaszadə Emil Əfrasiyabın “Klassik popurri” əsərində klassik və caz musiqisinin sintezi, Sahib Məmmədov F.Şopenin “Mazurka” (B dur), Aysel Quliyeva A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi” və “Modan və onun dostları”, Səbuhə Həsənova F.Əmirovun “Min bir gecə” baletindən “Mərcanın rəqsi” və “Şəhrizadın mövzusu” nömrələrinin baletin dramaturgiyasında rolu, Xanım Əkləkbərova Y.Haydnın D-dur Sonatası, Elçin Əziyev N.Kapustinin №23 Prelüdünü, magistr tələbəsi Günel Quliyev F.Listin “Vallee d'Obermann” əsərinin obrazlı təhlilini aparıblar.
Konfransın ikinci hissəsində II kurs tələbələri Aynur Əliyeva P.İ.Çaykovski “Dumka” əsərinin f-no ifaçılığında yeri, Leyla Fərəcova B.Smetananın “Dəniz sahilində” etüdünün interpretasiya xüsusiyyətləri, Günel İbrahimli N.K.Metnerin “İki nağıl” əsərində rus f-no mədəniyyətinə xas olan spesifik xüsusiyyətlərinin təzahürü, Zülfiyyə Muxtarova İ.Bramsın g-moll və h-moll rapsodiyaları, Natiq Yusibov Sərdar Fərəcovun “Ekspromt” (c-moll), Minayə Abdullayeva İ.S.Baxın “Yaxşı Temperasiyalı Klavir” əsərinin II cildindən fis moll prelüd və fuqasının təhlili, III kurs tələbələri İlahə Salmanzadə P.Axundova-Talıblının “Kontrast lövhələr” silsiləsi (janr və üslub xüsusiyyətləri), Lalə Əhmədova T.Bakıxanovun “Xəzər balladası” baletindən “Neft fantanı” əsərinin S.Prokofyevin 7 saylı sonatasının III hissəsi ilə müqayisəli təhlili, Səidə Əliyeva C.Hacıyevin “Ballada” əsərində ifaçılıq xüsusiyyətləri, Heyran Qədirli Q.Qarayevin “Don Kixot” simfonik qravürlərinin bədii-obrazlı təhlili, Nərgiz Məmmədova F.Şopen “Polonez” (cis-moll) və IV kurs Jalə Səmədli Q.Qarayevin “Çar kəndinin heykəli” əsərində rus f-no ifaçılıq məktəbinin təsiri, Fidan Quliyeva P.İ.Çaykovskinin “Dumka” əsərinin interpretasiya xüsusiyyətləri mövzusunda elmi-nəzəri məqalələr ilə çıxış ediblər.
Qeyd edək ki, konfransda ən maraqlı məqalələri ilə seçilmiş tələbələr Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qala konsertdə çıxış edəcəklər.