Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyəti dirijor, Xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə Kamera və orqan musiqisi zalında çıxış edib.
Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Mustafa Aşurov (tar) C.Cahangirovun “Ana”, F.Əmirovun “Min bir gecə” baletindən “Orgiya” və müəllim Samirə Əliyeva (qanun) Q.Dinikunun “Mart yallısı” əsərlərini ifa ediblər.
Konsertin I hissəsində kafedra müdiri, dosent, Əməkdar müəllim Ümüd İbrahimovun I kurs tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı Şərif Şərifov və müəllim Samirə Əliyevanın I kurs tələbəsi Aidə Məmmədli H.Rzayevin “Çahargah rapsodiyası”, I kurs tələbəsi Səbinə Məmmədli A.Əlizadənin “Cəngi”, professor, Əməkdar artist Mirnazim Əsədullayevin II kurs tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı Afaq İsmiyeva F.Əmirovun “Min bir gecə” baletindən “III nağıl - Əlibaba və qırx quldur”, I kurs tələbəsi Fərrux Haşımlı H.Xanməmmədovun “Largo”, dosent Fikrət Manafovun I kurs tələbəsi Ramazan İbadov N.Əliverdibəyovun “Elegiya”, I kurs tələbəsi Nuru Göyüşov və Əməkdar artist Fərhad Hüseynovun III kurs tələbəsi Vüsal Nağıyev C.Cahangirovun “Ay qız”, I kurs tələbəsi Zamin Qasımzadə Ə.Tağıyevin “Sən gəlməz oldun”, professor, Əməkdar artist Mirnazim Əsədullayevin III kurs tələbəsi Cahandar Xanlarov H.Xanməmmədovun “Kamança və orkestr üçün konsert” I hissə, kafedra müdiri, dosent, Əməkdar müəllim Ümüd İbrahimovun I kurs tələbəsi Şərif Şərifov P.Axundovanın “Qəlbimin səsi”, I kurs tələbəsi Ceyhun Məmmədli V.Adıgözəlovun “Laylay”, baş müəllim Famil Əliyevin I kurs tələbəsi, müsabiqə laureatı İlqar Allahverdiyev V.Adıgözəlovun “Qərənfil”, dosent, Əməkdar artist Sərxan Abıyevin III kurs tələbəsi Məhəmməd Məmmədli T.Quliyevin “Qaytağı” əsərlərini ifa ediblər.
Daha sonra konsert qanun ansamlının bədii rəhbəri müəllim Səbinə Məmmədlinin I kurs tələbələri Ağabacı Balayeva, Aida Hicran, Aysu Hacıyeva, Səbinə Məmmədli, III kurs tələbələri Fizzə Cabbarov, Gülü Pirizadənin ifasında Rumın rəqsi “Yeddi pillə” və F.Əmirovun “Şəhrizadın şənliyi” əsərləri səslənib.
Fotoların müəllifi: II kurs Xalq çalğı alətləri ifaçılığı ixtisasının tələbəsi Vasif Nəci.