ADMİU-NUN MÜƏLLİMİ QAFQAZŞÜNASLARIN I BEYNƏLXALQ FORUMUNDA İŞTİRAK EDİB
ADMİU-NUN MÜƏLLİMİ QAFQAZŞÜNASLARIN I BEYNƏLXALQ FORUMUNDA İŞTİRAK EDİB
19.04.2017
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazşünasların I Beynəlxalq Forumu” keçirilib. Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə tarixdə ilk dəfə keçirilən forumun əhəmiyyətini vurğulayıb. Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu səsləndirib.
Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 alim və tədqiqatçının iştirak etdiyi forumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya kafedrasının müdiri, Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı əsir və itkin düşən, ağır işgəncələrə məruz qalan və öldürülən qadınlar barədə” məruzəsi ilə çıxış edib. XX bölmədən ibarət olan forumda iştirakçılar sertifikat ilə təltif olunub.