ADMİU-NUN MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİ ALMAS İLDIRIMIN 110 İLLİK YUBİLEYİNDƏ
ADMİU-NUN MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİ ALMAS İLDIRIMIN 110 İLLİK YUBİLEYİNDƏ
19.04.2017
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası şair Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş “Vətən həsrətli mühacir şair” adlı tədbir keçirib. Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyəti də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva çıxışında Almas İldırımın 110 illik yubileyinə həsr olunan silsilə tədbirlərin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bütün ölkə ərazisində geniş şəkildə qeyd olunduğunu bildirib. İstedadlı şair Almas İldırımın keşməkeşli ömür yolundan, yaradıcılığından bəhs edən Oqtay Rza şairin azadlıq və Vətən eşqi ilə yazıb-yaradaraq çətin, lakin şərəfli həyat yolu keçdiyini vurğulayıb.
Tədbirin bədii hissəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə davam edib. Musiqi sənəti fakültəsinin tələbələri Elnur Yusubov (tar), Azər Səlimov (xanəndə) muğam parçaları və III kurs Sabah qrupu tələbəsi Hüseynağa Aslanov (aktyor) Almas İldırımın şeirlərini səsləndirib.