Qırğızıstan Xalq artisti, qırğız və qazax kinosunun görkəmli nümayəndəsi, Pavel Lebeşev mükafatı laureatı, tanınmış kinooperator Xasanbek Kıdıraliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub.
Kino və televiziya sənətləri kafedrasının dosenti Rafiq Quliyev tədbiri giriş sözü ilə açaraq qonağı salamlayıb. "Müasir kinoda operator sənətinin spesifikası" mövzusunda ustad dərsi keçən tanınmış kinooperator Xasanbek Kıdıraliyev tələbələrə operator, rejissor münasibəti və yaradıcılığı haqqında ətraflı məlumat verib. Rəqəmsal kamera və fəaliyyəti dövründə istifadə etdiyi müxtəlif janrlar haqqında məlumat verən Kıdıraliyev daha sonra Universitetin III kurs Operator sənəti ixtisasında təhsil alan tələbələri Əzim Məmmədov, Fərhad Quliyev, Qalib Bağırov və Zeynal Həsənovun etüdləri haqqında fikirlərini bölüşüb, mövzu ərtafında tələbələrin sualları ətraflı cavablandırıb.