“XXI ƏSR” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində XXI ƏSRİN MÜƏLLİMLƏRİNİN BİRİNCİ - “XXI əsrdə tədris: inteqrasiya, innovasiya və motivasiya” adlı konfrans keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının müəllimi Fəxri Məmmədli “Sinfin idarə olunması” mövzusu ilə təlimçi qismində iştirak edib. Təlimdə sinfin effektiv idarə edilməsi üçün müəllimlərin edə biləcəkləri faktorlar, xarici ölkələrin təcrübəsi, modern təhsildə şagird müstəvisində qurulan məsələlər və yeni yanaşmalar öz əksini tapıb.
Konfransın məqsədi ölkəmizdə və onun hüdudlarından kənarda olan təhsil müəsissələri arasında körpülər qurmağa, bilik və təcrübələri bölüşməyə, tədris üsullarının inkişafına və gücləndirilməsinə yönəlib.
Rəsmi olaraq Azərbaycan, rus və ingilis dillərində aparılan konfransa ümumilikdə 600 nəfərdən artıq təhsil işçisi qatılıb. Sonda iştirakçılar sertifikat ilə təltif olunublar.