Fevralın 14-də Səda Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupları III kurs “Aktyor sənəti” ixtisası tələbələrinin ifasında V.Şeksprin “Romeo və Cülyetta” faciəsi növbəti dəfə tamaşaçılara təqdim olunub.
Kurs rəhbəri, rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə rollarda Romeo - Corc Qafarov, Cülyetta - Çilənay Əliyeva, Lorenso - Məhəmməd Musayev, dayə - Xədicə Məmmədova, Merkusio - Hilal Dəmirov, Tibalt - Orxan İsgəndərli, Benvolio - Hüseynağa Aslanov, Kapuletti - Asiman Ağayev, Ledi Kapuletti - Sevgin Rzayeva, Anaxanım Sultanova, Montekki - Rizvan Əbdüləziz, Ledi Montekki - Susanə Məmmədova, Hersoq - Elvin Musayev, Qraf Paris - Kamran Meydanəli, Baltazar - Hüseyn Həsənov, əczaçı - Nurlan Süleymanlı, gənc qız - Könül Ələkbərova, dərzi - Anaxanım Sultanova, Sevgin Rzayeva ifa edib. Tamaşaya 40-dan çox ali və orta təhsil müəssisələrinin tələbələri, kütləvi informasiya nümayəndələri dəvət olunub.
Tamaşanın hazırlanmasında Sabah mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyovanın, səhnə danışığı üzrə dosent Nadir Hüseynovun, plastik həll üzrə rejissoru Ruslan İsmayılovun, döyüşlərin quruluşu Ceyhun Dadaşovun, geyim rəssamı Nəzakət Əhmədovanın, geyim rəssamı asistentləri tələbələr Ramilə Səfərəliyevanın, Mədinə Əhmədovanın, Bəturə Rzayevanın, Səhər Hüseynovanın, Şahnaz Abdullayevanın və Səbinə Cəfərovanın əməyi böyükdür. Yaradıcı heyətin böyük ruh yüksəkliyi, təbii və mahircəsinə ifası gənc tamaşaçı kütləsinə böyük təsir bağışlayıb.