2 fevral Gənclər günü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzinin 15 illik fəaliyyətini əks etdirən kitabın təqdimatı keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan təqdimat mərasimində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və YAP GB-nin sədrləri təmsil edib. Tədbirdə həmçinin dövlət orqanlarının məsul şəxsləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak edib.
Təqdim olunan kitabda Dövlət Gənclər Siyasətinin əsas istiqamətlərini, gənclər arasında aparılmış sosioloji sorğuların və elmi araşdırmaların nəticələri, ictimai təsissatlar, zəruri məlumatlar və mülahizələr yer alıb. Tədbir iştirakçıları gənclərin inkişafı və siyasəti ilə bağlı müzakirələr aparıb.