ADMİU TƏLƏBƏLƏRİNİN BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ MÖHTƏŞƏM KONSERT PROQRAMI OLUB
Aprel ayının 29-u Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə-Gənclər Estrada orkestrinin Beynəlxalq Caz gününə həsr olunan konsert proqramı anşlaqla keçib. Konsertdə ifaçılıq və solo ixtisası üzrə təhsil alan müxtəlif kurs tələbələrindən ibarət olan Tələbə-Gənclər Estrada orkestri Allahyar Vəzirovun rəhbərliyi ilə Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndirib.