“QƏDİM DÖVLƏTLƏRİMİZ, ŞƏHƏRLƏRİMİZ, ABİDƏLƏRİMİZ: BİZ NƏ BİLİRİK” - MÜSABİQƏ
“QƏDİM DÖVLƏTLƏRİMİZ, ŞƏHƏRLƏRİMİZ, ABİDƏLƏRİMİZ: BİZ NƏ BİLİRİK” - MÜSABİQƏ
21.12.2016
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikultralizm Mərkəzi “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik” mövzusunda ali məktəb tələbələrinin iştirakı ilə bilik müsabiqəsi təşkil edib. Müsabiqə Qafqaz Albaniyasının şəhərlərini, abidələrini öyrənmək məqsədi daşıyır.
Müsabiqəyə Tələbə elmi cəmiyyətinin xətti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri cəlb olunublar.
Azərbaycan multikulturalizminin ilkin qatlarından olan Qafqaz Albaniyasının tarixini - şəhərlərini, abidələrini, mədəniyyətini öyrənmək məqsədi ilə iki ildir silsilə tədbirlər keçirilir.
Bilik Fondu və Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlər rəngarəngliyi və mövzularının əhatə dairəsi ilə bir-birindən fərqlənib. Azərbaycan Prezidenti ilham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Multikulturalizm ili elan olunması bu istiqamətdə görülən işlər sürətləndirilib və effektivliyi artırılıb. Təşkilatçılar Qafqaz Albaniyasının öyrənilməsi istiqamətində coğrafi yerlərlə tanışlıq məqsədi ilə turlar təşkil edib, xarici qonaqların təmsil olunduqları konfranslar keçirib, alimlərin müxtəlif bölgələri əhatə edən elmi mühazirələri təşkil olunub, KİV orqanlarında müzakirələr açılıb.
Müsabiqənin yekunu olaraq, Tarixçi Tələbələr Klubu yaradılıb.