ADMİU-TƏLƏBƏLƏRİ ADA UNİVERSİTETİNİN KİTABXANASINDA OLUBLAR
ADMİU-TƏLƏBƏLƏRİ ADA UNİVERSİTETİNİN KİTABXANASINDA OLUBLAR
20.12.2016
15.12.2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Nərminə Abdullayevanın tədris etdiyi “Kitabxana-informasiya texnologiyaları” fənninin 14-cü “Respublika kitabxanalarında informasiya kommunikasiya texnologiyalarının tətbiqi” mövzusundan irəli gələn təşəbbüsü ilə Kitabxanaçılıq-informasiya ixtisası üzrə təhsil alan II kurs tələbələri Azərbaycan Diplomatik Akademiyasının Kitabxanasında ekskursiyada olublar. 2 saatlıq ekskursiya zamanı ADMİU-nun müəllim və tələbə heyətini qarşılayan ADA Kitabxanasının direktoru Elçin Məmmədov ilk olaraq Kitabxananın yaranması, strukturu, fondu və ümumilikdə fəaliyyəti barədə geniş məlumat verib. Daha sonra tələbələr Kitabxananın ayrı-ayrı şöbələrinin rəhbərlərinin təqdimatı ilə kitabxanada əsas texnoloji və xidmət proseslərinin yerinə yetirilməsinin əyani şəkildə şahidi olublar. Kitabxanada tətbiq olunan ən son informasiya texnologiyaları, 3M RFİD sistemi, Self Chek-in və Self Chek-out özünəxidmət terminalları, rəqəmsallaşdırma vasitələri, online məlumat bazaları, elektron arxiv və s. tələbələrin böyük marağına səbəb olub.