ADMİU-NUN DOSENTİ AZƏRBAYCAN UNİVERSİTETİNİN SOSİAL İŞ FAKÜLTƏSİNDƏ KONFRANSDA İŞTİRAK EDİB
ADMİU-NUN DOSENTİ AZƏRBAYCAN UNİVERSİTETİNİN SOSİAL İŞ FAKÜLTƏSİNDƏ KONFRANSDA İŞTİRAK EDİB
15.12.2016
14 dekabr 2016-cı il tarixində Azərbaycan Universitetinin Sosial iş fakültəsində qadınlara qarşı zorakılıqla mübarizə yolları müzakirə olunub. Müzakirə üç nəsilin eyni evdə yaşadığı ailədə gənc bir xanımın məruz qaldığı məişət zorakılığı real keysi ətrafında aparılıb. Mövzu üzrə ekspertlər keysi hərtərəfli müzakirə edərək, bənzər problemlərin həlli istiqamətində səmərəli çıxış yolları axtarıb, təkliflər veriblər.
Dəyirmi masada dünyada və Azərbaycanda qadınlara qarşı zorakılığın miqyası və vəziyyəti, bu sahədə irəliləyişin təmin olunması istiqamətində görülməli işlər haqqında nəzəri müzakirələr də aparılıb.
Tədbirdə Sosial iş fakültəsinin rəhbərliyi, “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” tvinninq layihəsinin müşaviri Herbert Paulişin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova, Qırmızı Xaç Komitəsinin nümayəndəsi Mətanət Qaraxanova, “Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin nümayəndəsi Gülnaz Məmmədli, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva və Sosial iş fakültəsinin müəllim və tələbə heyəti iştirak edib.