ADMİU-NUN KİTABXANASINDA "NADİR VƏ QİYMƏTLİ ƏDƏBİYYAT NÜMUNƏLƏRİ" SƏRGİSİ KEÇİRİLİB
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində mütəmadi olaraq müxtəlif elmi mövzulara, əlamətdar və tarixi günlərə, görkəmli mədəniyyət və incəsənət, dövlət xadimlərinin yubileylərinə həsr edilmiş ənənəvi və virtual ədəbiyyat sərgiləri və eyni zamanda yeni daxil olan kitabların sərgiləri təşkil olunur. Hazırda nümayiş olunan sərgi isə Nadir və Qiymətli kitablardan ibarətdir. Maddi və mənəvi mədəniyyət sərvəti sayılan bu kitablar 1900-1947-ci illərin nəşri olmaqla yanaşı, həmçinin məzmunca çox dəyərlidir. Bir əsrdən çox yaşı olan bu kitab abidələrimiz müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb.
Sərgilənən kitablar arasında nəşr ili yeni, poliqrafik cəhətdən qiymətli olan kitablar da vardır.