AZƏRBAYCAN SOSİAL İŞ İCTİMAİ BİRLİYİ "SOSİAL İŞ VƏ SOSİAL XİDMƏTLƏRİN İNKİŞAFI SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN GÜCLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA DƏYİRMİ MASA TƏŞKİL EDİB
AZƏRBAYCAN SOSİAL İŞ İCTİMAİ BİRLİYİ "SOSİAL İŞ VƏ SOSİAL XİDMƏTLƏRİN İNKİŞAFI SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN GÜCLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA DƏYİRMİ MASA TƏŞKİL EDİB
15.12.2016
Azərbaycan Sosial İş İctimai Birliyi "Sosial iş və sosial xidmətlərin inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda Dəyirmi Masa təşkil edilib.
Azərbaycan Sosial İş İçtimai Birliyi (AZSSİB) 13 Dekabr 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan sosial iş ixtisasının tanınması və sosial xidmətlər keyfiyyətinin yaxşılaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı dəyirmi masa müzakirəsi keçirilib.
Dəyirmi masada Azərbaycanda Hilfswerk Austria İnternational təşkilatının nümayəndəsi Nicole Bauer və sosial iş üzrə beynəlxalq ekspert Robert Kroiss, o cümlədən, Azərbaycanda sosial xidmət göstərən Qeyri-Hökumət Təşkilatları (QHT), sosial iş tədris edilən universitetlərin və Sosial İş İctimai Birliyinin nümayəndələri arasında Sosial iş peşəsinin təbliği və tanınması istiqamətində mümkün əməkdaşlıq yollarını müzakirə edilib və bu sahədə fəaliyyət göstərən QHT-lərin şəbəkəsinin yaradılması qərarına gəlinib.