07 dekabr 2016-ci il tarixində Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında ali məktəb kitabxana direktorlarının iştirakı ilə görüş keçirilib. BDU-nun Elmi Kitabxanasının direktoru Sara İbrahimovanın iştirakı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyul 2016-cı il, 266 saylı qərarı ilə "Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"nin və "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi" nin təsdiq edilməsi və 2015-ci il ali təhsil müəssisəsinin kitabxanalarının illik hesabatlarının yekunu haqqında müzakirələr aparılıb. Tədbirdə ADMİU Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova iştirak edib.