ADMİU TƏLƏBƏLƏRİ TAHİR SALAHOVUN AD GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ ÇIXIŞ EDİBLƏR
ADMİU TƏLƏBƏLƏRİ TAHİR SALAHOVUN AD GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ ÇIXIŞ EDİBLƏR
07.12.2016
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Tahir Salahovun ev-muzeyi tərəfindən görkəmli rəssamın ad gününə həsr edilmiş “Nəsillərin qovuşması” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin II kurs tələbələri Təhməzov Tamerlan, Hüseynli Nigar, Məhərrəmov Yusif, Həmid Həmzəyev, Tərxan İbrahimov musiqi ifaları ilə çıxış ediblər.
İfaçıları, Allahyar Vəzirovun rəhbərliyi ilə estrada simvolik ansamblı müşayiət edib.