AZƏRBAYCAN SOSİAL İŞ BİRLİYİNİN TƏŞKİLATÇILIĞI İLƏ ADMİU-DA TƏLİMLƏR KEÇİRİLİB
AZƏRBAYCAN SOSİAL İŞ BİRLİYİNİN TƏŞKİLATÇILIĞI İLƏ ADMİU-DA TƏLİMLƏR KEÇİRİLİB
01.12.2016
28 noyabr- 02 dekabr tarixlərində ADMİU-da ABŞ-ın Dominik Universitetinin Sosial İş üzrə professoru Letisya Villarreal-Sosa tələbə və müəllim heyəti üçün təlim keçirdib. Professor Letisia Villareal-Sosa Amerika Birləşmiş Ştatları (ABŞ) Dominik Universitetində professor olmaqla yanaşı Məktəbdə Sosial İş Üzrə Beynəlxalq rəhbərdir. Leticia xanım Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə de-instutulaşma dövlət proqramı çərçivəsində 2011-2013-ci illərdə yaxından əməkdaşlıq edib. Leticia Villareal-Sosa sosial iş üzrə doktorluq dərəcəsini ABŞ-ın Çikaqo Universitetdən alıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sosial iş ixtisasın 1-ci kursunda təhsil alan tələbələrə “Sosial xidmətlər və proqramların yaradılması”, günün ikinci yarısında isə həm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sosial iş ixtisasının 2-ci kursunda təhsil alan, həm də digər universitetlərin sosial iş tələbələrinə “Sosial işin tədqiqat metodları”, “Dəlillərə əsaslanan tədqiqat” mövzularında təlim keçirilib. Təlimdə iştirak edən tələbələrə sertifikatlar verilib. Təlimdə iştirakçılar nəzəri məlumatlar ilə yanaşı müxtəlif qruplarda praktiki işlər həyata keçiriblər.