KİTABXANAÇILIQ-İNFORMASİYA SAHƏSİ ÜZRƏ İXTİSASLAŞMIŞ FONDUN TƏQDİMATI
KİTABXANAÇILIQ-İNFORMASİYA SAHƏSİ ÜZRƏ İXTİSASLAŞMIŞ FONDUN TƏQDİMATI
01.12.2016
1 dekabr 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondun təqdimatı keçirilib. Təqdimatda ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşı Günay Baxşəliyeva iştirak edib.
Açılış nitqi ilə çıxış edən kitabxananın direktoru L.İmanova bildirib ki, təqdimatı keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbaycan haqqında həqiqətləri geniş ictimaiyyətə çatdırmaqdır. O, kitabxanaçılıq sahəsi üzrə mütəxəssislərə müraciət edərək onları təqdimatı keçirilən fondla bağlı, onun gələcəkdə formalaşdırılması perspektivləri ilə əlaqədar təkliflərini verməyə çağırıb. Fonda 1910-2015-ci illər ərzində azərbaycan, rus, ingilis və ukrayna dillərində çap olunmuş qeyri-dövri, dövri və ardı davam edən nəşrlər, o cümlədən cari, retrospektiv və tövsiyə xarakterli biblioqrafik mənbələr daxil edilib.