ADMİU-NUN TƏLƏBƏLƏRİ “ŞƏN VƏ HAZIRCAVABLAR KLUBU”
ADMİU-NUN TƏLƏBƏLƏRİ “ŞƏN VƏ HAZIRCAVABLAR KLUBU”
24.11.2016
24 noyabr 2016-cı ildə ADMİU-da “Şən və Hazırcavablar klubu”nun (ŞHK) fəalları ilə görüş keçirilib. Tədbir çərçivəsində ADMİU-nun tələbələri “Şən və Hazırcavablar klubu”nun Bakı yığmasının icraçı direktoru Cavid Şahbazbəyovla, Bakı yığmasının müəllifi və aktyoru Qabil Musayevlə görüşüblər. “Şən və Hazırcavablar klubu”nun Bakı yığmasının icraçı direktoru Cavid Şahbazbəyov tələbələrə gələcək layihələr haqqında danışdı. “Şən və Hazırcavablar klubu”nun nümayəndələri tərəfindən ADMİU-nun tələbələri içərisində bu sahədə bacarığı və qabiliyyəti olan nümayəndələr seçildi və ADMİU-nun heyətində 12 nəfərdən ibarət olan “Şən və Hazırcavablar klubu” təsis edildi.
“Şən və Hazırcavablar klubu”nun Bakı yığmasının icraçı direktoru Cavid Şahbazbəyov, Bakı yığmasının müəllifi və aktyoru Qabil Musayev ADMİU-nun “Şən və Hazırcavablar klubu”na seçilmiş tələbələrə uğurlar arzuladı. Tələbələr də bu görüşdən razı qaldıqlarını ifadə etdilər.