ADMİU-DA AQŞİN BABAYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB
ADMİU-DA AQŞİN BABAYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB
23.11.2016
22 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Universitetin kafedra müdiri, professor Aqşin Babayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim heyətinin iştirakı ilə baş tutan tədbirdə istedadlı tələbələrin ifasında A.Babayevin müəllifi olduğu şeirlər dinlənilib və musiqilər səslənib.
Tədbiri açan rektor, professor Fərəh Əliyeva Aqşin Babayevin Universitetdəki mövqeyindən danışaraq ona xoş arzularını çatdırıb.
Ardınca tədbirdə iştirak edən professor-müəllim heyəti öz təbrik nitqləri ilə çıxış edərək professoru təbrik edib, onun elmi-pedaqoji fəaliyyətindən, milli məclisdə mətbuat xidməti yarandığı gündən ona rəhbərlik edərək, 15 il bu vəzifədə çalışmasından və onun həm də yazıçı fəaliyyətindən danışaraq yubilyarla bağlı xatirələrini də qeyd ediblər.
Sonda Aqşin Babayev öz çıxışı ilə hər kəsə təşəkkürünü bildirib.