AQŞİN BABAYEVİN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
AQŞİN BABAYEVİN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
21.11.2016
18 noyabr 2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Universitetimizin kafedra müdiri, professor Aqşin Babayevin 80 yubileyinə həsr olunmuş tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Aqşin Babayevin zəngin yaradıcılıq irsindən və pedaqoji fəaliyyətindən danışıb. Daha sonra Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Əməkdar Jurnalist Flora Xəlilzadə çıxış edərək Aqşin Babayevin keçdiyi ömür yolundan, insani keyfiyyətlərindən və jurnalist kimi göstərdiyi xidmətlərindən danışıblar. Aqşin Babayevə Azərbaycan Mətbuat Şurasının diplomu təqdim olunub.
Sonda A.Babayev çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, iştirakçılara minnətdarlığını ifadə edib.