“BİR” TƏLƏBƏ-KÖNÜLLÜ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ ADMİU-DA GÖRÜŞ
“BİR” TƏLƏBƏ-KÖNÜLLÜ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ ADMİU-DA GÖRÜŞ
02.11.2016
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Bir” tələbə-könüllü proqramı çərçivəsində noyabrın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I-II kurs tələbələri “Bir” Könüllülük Akademiyası ilə görüş keçirtdi.
Bildirilib ki, “Bir” Tələbə-Könüllü Proqramı tələbələrin könüllü fəaliyyətə stimullaşdırılması məqsədi ilə davamlı olaraq müxtəlif layihələr həyata keçirir. Proqramın təmsilçiləri indiyədək 35 irimiqyaslı tədbirdə könüllülük fəaliyyəti göstəriblər.
Qeyd olunub ki, Könüllülük Akademiyası tələbələr arasında könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği, könüllülük standartlarının tətbiqi və lider könüllülərin yetişdirilməsi məqsədi daşıyır.