Tədris tetrı
ADMİU-nun mühüm tərkib hissəsi olan Tədris teatrı 1968-ci ildən fəaliyyətə başlamışdır. Tədris teatrının əsas məqsədi təhsilin təcrübi səviyyəsini yüksəltməkdən, akyor və rejissor kadrlarının, eləcə də teatrşünaslıq, ədəbi iş və ekran dramaturgiyası kimi nəzəri ixtisaslara yiyələnən kadrların peşəkarlığını artırmaqdan ibarətdir.

Vaxtilə ADMİU-nun tədris teatrı sahəsində SSRİ xalq artisti Adil İsgəndərov, respublika xalq artistləri Rza Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımov, Sultan Dadaşov, Məlik Dadaşov, Həsənağa Turabov və başqa korifey sənətkarlar yaradıcılıqla məşğul olmuşlar.
Tədris teatrının 200 nəfərli Böyük zalı və məşqlər üçün Kiçik zalı vardır.
Tədris teatrında ADMİU-nun kurs işi və diplom tamaşalarından başqa, müəllimlərin yaradıcılıq-ifa işləri də nümayiş etdirilir.
Tədris teatrında istər ADMİU-nun, istərsə də digər yaradıcı təşkilatların ən müxtəlif bədii-kütləvi və populyar tədbirlər keçirməsi üçün hər cür şərait yaradılmışdır.
ADMİU-nun Tədris tetrı Bakı şəhəri, Hüsey Cavid prospekti, 556/57-ci məhəllədə yerləşir.