|
Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univertsiteti kimi tanınan bu unikal ali təhsil müəssisəsi 85 illik şərəfli yol keçmişdir.ADMİU öz başlanğıcını Azərbaycan Maarif Komissarlığının 1923-ci il tarixli qərarı ilə Bakı şəhərində yaradılmış teatr məktəbindən götürür. Bu məktəb Moskvadakı B.V.Şukin və M.S.Şepkin adına teatr məktəblərinin nümunələri əsasında yaradılmışdır.Maarif Komissarlığının kollegiyası hələ 25 oktyabr 1922-ci il tarixli iclasında Şövkət Məmmədovanın Azərbaycan Teatrı Akademiyasının yaradılması ilə bağlı təklifini müzakirə etmiş və 1 noyabr 1922-ci ildə Bakı Dövlət Türk Teatr Məktəbinin təşkil edilməsi haqqında qərar çıxartmışdı. “Kommunist” qəzetinin 1925-ci il aprel-may saylarının “Türk teatr məktəbi” adlı silsilə məqalələrlə çıxış edən böyük dramaturq Cəfər Cabbarlı bu faktı böyük mədəni hadisə kimi təqdir etmişdir.
1923-cü ildə məktəbə aktyorluq üzrə ilk qəbul keçirildi.40 nəfər tələbənin 12-si azərbaycanlı qızlar idi ki, bu da o zaman üçün böyük naliyyət hesab edilə bilərdi.Məktəbdə ilk illərdən etibarən dərs demiş tanınmış ziyalıların içərisində Ə.Haqverdiyev (ədəbiyyat),M.S.Kirmanşahlı (səhnə danışığı),N.Boqolyubov (teatr tarixi),V.İvanov (antik ədəbiyyat),A.Mudrov (Qərb ədəbiyyatı),V.Zummer (incəsənət tarixi),V.Karagiçev (musiqi təlimi),Kiyev teatr institutunun professoru V,Sladkopevtsov (aktyor sənəti),məhşur rejissor A.Tuganov və başqaları olmuşdur.Müharibəyə qədərki illərdə Bakı Teatr Məktəbi Azərbaycanla yanaşı,Türkmənistan,Özbəkistan,Dağıstan,Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
Fəaliyyət göstərdiyi müddətdə,yəni 1945-ci ildədək teatr məktəbi mədəniyyət və incəsənətin müxtəlif sahələri üzrə 470 nəfərə yaxın peşəkar mütəxəssis hazırlamışdır.Məktəbin yetirmələri milli teatrımızın,kinomuzun,mədəniyyət müəssisələrimizin inkşafında həlledici qüvvəyə çevrilmişdilər.Bu məzunlar içərisində azərbaycanlılarla yanaşı,çoxlu sayda rus,yəhudi,özbək,türkmən,tatar,qumruq və başqa xalqların övladları da var idi.
1945-ci ildə teatr texnikumu ali məktəbə çevrildi.20 ildən çox texnikum kimi fəaliyyət göstərən teatr məktəbinin ali məktəb,institut statusu alması cəmiyyətdə böyük bir hadisə olmaqla bərabər,həm də ildən ilə təkmilləşən,inkşaf edən tədris prossesinin məntiqi yekunu idi.Bu,Azərbaycanda məədəniyyət və incəsənət sahəsindəki tədris işlərinin böyük əhəmiyyət daşımasından,onun kompleksləşməsindən,yüksək səviyyədə diferensiallaşmasından xəbər verirdi.Beləliklə,1945-ci ildə ilk tələbə qəbulu keçirən Teatr institutunun 1945-51-ci illərdə ilk buraxılışları oldu.
1954-cü ildə Teatr institutuna tanınmış aktyor,gözəl pedaqoq və ziyalı,SSRİ xalq artisti M.A.Əliyevin adı verildi. Həmin dövrdə və sonrakı illərdə respublikada mədəni-maarif şəbəkəsinin geniçlənməsi Bakıda,sonralar isə Naxçıvanda televiziya mərkəzlərinin qurulması,yeni teatrların təşkil edilməsi Teatr institutu qarşısında təkcə mütəxəssislərin sayının artması tələbini deyil,həm də onların peşəkarlıq səviyyəsinin dərinləşməsi tələbini də qoyurdu.Teatr institutu bu illər ərzində öz fəaliyyətini daim genişləndirmişdir.1962/63-cü tədris ilində burada 424 tələbə oxuyurdusa,cəmi 5 il sonra,1967/68 ci tədris ilində bu göstərici 1021-ə yüksəldi.İnstitutda gedən proseslər,ixtisasların sayının artması,kadr hazırlığı səviyyəsinin yüksəlməsi və digər pozitiv amillər nəzərə alınaraq,o zamankı Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyinin 2 aprel 1968-ci il tarixli əmri ilə Teatr institutu M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırıldı.Bundan sonra institutun maddi-texniki bazası daha da genişləndirildi,burada teatr tarixi,qrim,foto-kino,səsyazma kabinetləri təşkil edildi.Tanınmış sənət və elm adamları,aktyor,rejissor və yazıçılar institutda pedoqoji prossesə cəlb olundular.Bütün bunlar tədrisin daha da səmərəli şəkildə təşkil edilməsinə öz müsbət təsirini göstərirdi.
İncəsənət institutunun müəllim və tələbə kollektivi bir çox mötəbər elmi və bədii yaradıcılıq tədbirlərində uğurla iştrak etmiş,təmsil etdikləri ali məktəbə baş ucalığı gətirmişlər.İnstitutun tələbələri dəfələrlə V.Yaxontov adına bədii qiraətçilərin ümumittifaq müsabiqələrinin,”Tələbə və elmi praktik tərəqqi” adlı ümumiittifaq olimpiada və müsabiqələrdə qalib gəlmişlər.
İncəsənət institutunun həyatındakı növbəti mühüm inkşaf mərhələsi rəssamlıq və musiqi təmayüllü ixtisas şəbəkələrinin xeyli genişlənməsi ilə əlaqədardır.Fərəhləndirici haldır ki,respublikada rəngkarlıq,qrafika,heykəltaraşlıq,sənətşünaslıq,eləcə də reklam işi,dizayn,bədii şüşə,xalçaçılıq,qobelen sənəti və bir çox digər ixtisaslar üzrə ali təhsil verən ilk institut məhz İncəsənət institutu olmuşdur.
1988-92-ci illərdə institutun ixtisas şəbəkəsi növbəti dəfə genişlənmiş,”dizayn”,”tərtibat və reklamın təsvir vasitələri”,”muzey işi”,”kino rejissorluğu”,”kinoşünas”,”ədəbi iş və ekran dramaturgiyası”,”interyer və avadanlıq”,”toxuculuq və yüngül sənaye mallarının bədii layihələşdirilməsi” kimi yeni ixtisaslar açılmışdır.
1991-ci ilin əvvəllərində respublikanın Nazirlər Soveti İncəsənət institutunun mühüm struktur dəyişikliklərini,onun çoxprofilli ixtisaslar üzrə mütəxəssis yetişdirdiyini,elmi-texniki bazasının möhkəmləndiyini nəzərə alaraq bu ali təhsil müəssisəsinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) adlandırılması haqqında 76 saylı qərar verdi.Həmin dövrdə ADMİU Bakı Dövlət Universiteti ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən iki universitetdən biri idi.
1994-cü ildə ADMİU-da aspirantura şöbəsi yaradılmışdır.Bu elmi kadrlar hazırlanması işində universitetin imkanlarını ciddi şəkildə artırmışdır.
ADMİU-nun şəbəkəsinin genişləndirilməsi sonrakı illərdə də həyata keçirilmişdir.1997-2001-ci illər ərzində burada “xoreoqrafiya sənəti”,”aşıq sənəti”,”solo-oxu”,”kulturoloq” kimi daha 9 yeni ixtisas yaradılmışdır.2003/2004-cü tədris ilində ADMİU-da “beynəlxalq mədəni əlaqələr” və ”nəşriyyat-poliqrafiya işi” ixtisasları üzrə kadr hazırlığına başlanılmışdır.Növbəti 2004/2005-ci tədris ili üçün burada “teatr-dekor”,”təsviri sənət tarixi və nəzəriyyəsi” və ”turizm işi” ixtisasları təsis edilmişdir.
Ümumiyyətlə,2003-2007-ci illər ərzində bu ali məktəb 40-a yaxın ixtisas üzrə 12.662 nəfər ali təhsilli mədəniyyət və incəsənət mütəxəssisi hazırlamışdır.
|
|