Fevralın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “White Mind Ajans” Akademiyasının təsisçisi Onat Gökçen tərəfindən Universitetin tələbələri üçün “Reklamçılıq Seminarı” təşkil edilib.
Seminarda “White Mind Agentlik” Akademiyasının nümayəndələri Onat Gökçen, Aysel Erdoğan, Rəvanə Bağırlı və Mariya İbrahimova, ADMİU-dan Tədris şöbəsinin müdiri Emil Səlimov, Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri Gülnarə Məmmədova və başqaları iştirak ediblər.
“White Mind Ajans” Akademiyasının nümayəndəsi Onat Gökçen ADMİU-nun tələbələrinin müasir dünyanın əmək bazarında ən önəmli bacarıqlarından-yaradıcılıq bacarığının önəmini vurğulayıb. O, tələbələrlə “Reklamçılıq” mövzusunda müzakirələr apararaq reklamçılığın bəzi kiçik sirlərini onlarla paylaşıb.
Tələbələrin iştirakı ilə seminar interaktiv qaydada keçirilib.
Seminarda reklamçılıq və biznes sahəsində karyera qurmaq istəyən tələbələr üçün ADMİU və “White Mind Ajans” Akademiyasının təşkilatçılığı yeni başlayacaq “Reklamçılıq üzrə Təlim” Proqramı haqqında ətraflı məlumat verilib.