Fevralın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Universitetin əmakdaşlarının məlumatlandırılması məqsədilə tədbir həyata keçirilib. Tədbirdə Agentliyin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva İcbari sığorta haqqında iştirakçıları ətraflı məlumatlandıraraq sualları cavablandırıb. Qeyd edək ki, tədbir İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyinə edilmiş müraciət məktubunda yer alan məsələlər və əhalinin maarifləndirilməsinin təmin olunması ilə əlaqədar baş tutub.