AZƏRBAYCAN MİLLİ KİTABXANASININ YENİ KİTAB HƏDİYYƏSİ
14.02.2023
Kitabxana-İnformasiya Mərkəzinə musiqi sahəsinə dair mütəmadi olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən yeni nəşrlər hədiyyə olunur. Artıq bir neçə ildir ki, Milli Kitabxananın “Milli musiqi xəzinəmizdən” adlı layihə çərçivəsində görkəmli Azərbaycan bəstəkarlarının ötən əsrin 40-80-ci illərində çap olunan və hazırda kitabxananın Arxiv Fondunda mühafizə edilən nadir not məcmuələrini yenidən nəşr edərək mütəxəssislərin istifadəsinə verilir. Çap və elektron variantda oxuculara təqdim olunan bu nəşrlər musiqi mədəniyyətimizin təbliği istiqamətində, xüsusilə ixtisasyönümlü ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tələbələri üçün dəyərli mənbə rolunu oynayır. Milli Kitabxananın təqdim etdiyi növbəti not məcmuələrində Tofiq Quliyev, Arif Məlikov, Fikrət Əmirov, Emin Sabitoğlu, Süleyman Ələsgərov və Cövdət Hacıyev kimi görkəmli bəstəkarların əsərləri toplanıb. ADMİU-da oxucuların istifadəsi üçün fonda daxil edilən 33 adda 40 nüsxə not nəşri Musiqi sənəti fakültəsində təhsilin sənəd-informasiya təminatında və tələbatçıların sorğularının ödənilməsində mühüm əhəmiyyət kəsb edir.