ADMİU-NUN TƏLƏBƏLƏRİ İLƏ UNİCEF-İN ƏMƏKDAŞLARI ARASINDA GÖRÜŞ KEÇİRİLİB
ADMİU-NUN TƏLƏBƏLƏRİ İLƏ UNİCEF-İN ƏMƏKDAŞLARI ARASINDA GÖRÜŞ KEÇİRİLİB
27.05.2023
Mayın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) UNİCEF-in Azərbaycandakı nümayəndələri UNİCEF-in təhsil proqramının rəhbəri Leyla Həsənova, Gənclər və yeniyetmələrin inkişafı üzrə Milli məsləhətçi Nigar Nəsrullayeva ilə Universitetin "Günəşi Oyadanlar" komandası və ll kurs magistr tələbələri arasında görüş keçirilib.
Görüşdə bir sıra mövzular, video çarxlar təqdim olunub, müzakirələr aparılıb. Həmçinin, qonaqlar yeni layihələrin yazılması və həyata keçirilməsi ilə bağlı öz tövsiyyələrini veriblər.