Mayın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Audiovizual sənətlər fakültəsinin III təhsil ilinin tələbəsi (Rejissorluq ixtisası, Kino rejissoru ixtisaslaşması) Şirin Əhmədovun kurs işi üzrə “Qütb ulduzu” filminin təqdimat mərasimi keçirilib.
Qeyd edilib ki, kurs rəhbəri və filmin bədii rəhbəri Xalq artisti Oqtay Mir-Qasımov, ssenari müəllifi Şirin Əhmədov və Elmar Farzalidir. Filmdə rolları Xalq artisti Məmməd Səfa Qasımov, Əməkdar artist Hüsniyyə Mürvətova, aktyorlar Tunar Əlizadə və Elməddin Zakirli canlandırıblar.