Dördillik fasilədən sonra Avropa Şəhərciyi yenidən Bakıda təşkil olunub. Rəsmi açılış mərasimində Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirləri, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin iştirak ediblər.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxışında deyib ki, Avropa Şəhərciyi Avropaya açılan pəncərədir: “Bu, Avropa İttifaqının təşkil etdiyi zəngin mədəniyyət və müxtəliflikləri görmək, öyrənmək və zövq almaq imkanıdır. Biz bu bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən və onlara Aİ ilə Azərbaycanın birgə qurduqları möhkəm tərəfdaşlıq haqqında məlumat verməkdən məmnunuq”.
Tədbirin bədii hissəsində Yunanıstanın Azərbaycandakı səfirliyinin dəvətiylə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Yunanıstanın milli rəqsi olan “Sirtaki”ni ifa ediblər.
Macarıstanın Azərbyacandakı səfirliyinin dəvətiylə ADMİU-nun tələbəsi Elvin Nuri vətənpərvərlik ruhlu şeirlə tədbirdə çıxış edib.