ADMİU-NUN TƏLƏBƏLƏRİ “ŞUŞA DÜNYANIN GÖZÜ İLƏ” ADLI TƏDBİRDƏ ÇIXIŞ EDİBLƏR
ADMİU-NUN TƏLƏBƏLƏRİ “ŞUŞA DÜNYANIN GÖZÜ İLƏ” ADLI TƏDBİRDƏ ÇIXIŞ EDİBLƏR
11.05.2022
Mayın 6-da Bakı Modern Təhsil Kompleksində Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Şuşa ilinə həsr edilmiş “Şuşa dünyanın gözü ilə” adlı tədbir keçirilib. Tədbirdə şəhid anaları, qazilər, Böyük Vətən Müharibəsi veteranı, bir çox xarici ölkələrin təmsilçiləri, Nərimanov və Suraxanı rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə tanınmış müğənnilər Tunar Rəhman və Günel Zeynalova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin tələbələri musiqili qonaq kimi çıxış ediblər. BMTK şagirdləri məktəbdə tədris olunan 8 dildə mahnı və şeirlər səsləndirib, qonaqlara 8 dildə Şuşa haqqında məlumat veriblər. Bundan əlavə, məktəbin şagirdlərinin Şuşaya həsr edilmiş əl işlərindən ibarət sərgi də nümayiş edilib. Tədbirin sonunda qonaqlara 8 ölkənin mətbəxi təqdim edilib.