Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi barədə məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə “Bir Könüllü” təşkilatının ADMİU üzrə koordinatoru Arzu Şirinova, Koordinatorlarla iş departamentinin rəhbəri Nəzrin Vəlizadə, ümumi işlər üzrə koordinator Könül Əzizli, İctimaiyyətlə əlaqələr üzrə rəhbər Günel Salayeva çıxış edərək layihənin məqsədi haqqında məlumat veriblər. Bildirilib ki, sessiyalar çərçivəsində keçiriləcək təqdimatların əsas məqsədi tələbələrin təşkilatın fəaliyyəti barədə məlumatlılığının artırılması ictimai fayda kəsb edən layihələrdə gənclərin iştirakının həvəsləndirilməsi, onları növbəti yarımildə ölkəmizdə keçiriləcək irimiqyaslı beynəlxalq və yerli tədbirlərdə iştiraka cəlb etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə şərait yaradılmasından ibarətdir.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib.