“HƏYATININ MEMARI SƏN ÖZÜNSƏN” LAYİHƏSİNİN NÖVBƏTİ TƏDBİRİ ADMİU-DA KEÇİRİLİB
“HƏYATININ MEMARI SƏN ÖZÜNSƏN” LAYİHƏSİNİN NÖVBƏTİ TƏDBİRİ ADMİU-DA KEÇİRİLİB
04.05.2022
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar aprelin 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş nitqi ilə açan ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə işlərindən danışaraq, gənclər arasında narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunması istiqamətində geniş çıxış edib.
Tədbirdə ekspert qismində çıxış edən tibb elmləri üzrə fəlsəfə doktoru Araz Manuçöhri-Lalei son zamanlar gənclərin zərərli vərdişlərə aludəçiliyin artması səbəblərindən, sözügedən problemə müasir formada yanaşma tərzindən, ailədə yaranan sosial-psixoloji amillərin yeniyetmələrə təsirindən bəhs edib.
Tədbir müzakirələrlə davam edib.
Tədbirdən 75 nəfərə yaxın tələbə heyəti bəhrələnib.