ADMİU-NUN TƏLƏBƏLƏRİ 31 MART SOYQIRIMI QURBANLARININ ANIM TƏDBİRİNDƏ
ADMİU-NUN TƏLƏBƏLƏRİ 31 MART SOYQIRIMI QURBANLARININ ANIM TƏDBİRİNDƏ
01.04.2022
31 mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə anım tədbiri keçirilib. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkili Səbinə Xasayeva, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə 31 mart soyqırımı haqqında ətraflı məlumat verildi və qeyd olunub ki, soyqırım qurbanları Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilir.
Tarixçi-alim Azad Rzayev geniş məruzə ilə çıxış edərək bildirib ki, “dənizdən dənizə” dövlət qurmaq istəyən erməni millətçilərinə qarşı ən ciddi müqaviməti azərbaycanlılar göstəriblər. Xarici havadarlarına bel bağlayan ermənilər dinc əhaliyə qarşı görünməmiş cinayətlər törədiblər.
Həmçinin, xalqımızın 31 soyqırımını heç zaman unutmamalı olduğu vurğulanaraq deyilib ki, gənclərimiz tariximizi dərindən öyrənməlidirlər. Bu, gələcəkdə yeni faciələrin baş verməməsi üçün son dərəcə vacibdir.
Anım tədbirində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq artisti Məmmədsəfa Qasımovun rəhbəri olduğu aktyor sənəti ixtisası üzrə II kurs (ADMİU) tələbələrinin ifasında bədii kompozisiya göstərilib. Kompozisiya təşkilat rəhbərləri və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.