ADMİU-NUN ƏMƏKDAŞLARI TÜRKİYƏDƏ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR
ADMİU-NUN ƏMƏKDAŞLARI TÜRKİYƏDƏ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR
11.03.2022
8-10 mart tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qarşılıqlı əməkdaşlıq etdiyi Türkiyənin Qazi Universitetinin təşkilatçılığıyla “Türk dünyasında Alp Kadın” ənənəvi beynəlxalq simpoziumu keçirilib.
Pandemiya şərtlərini nəzərə alaraq onlayn platformada keçirilən simpoziumda ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli “Türk ədəbiyyatında Alp Kadın” mövzulu bölmənin rəhbəri olub.
Universitetin müəllimi, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə “Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad” mövzusunda məruzəylə çıxış edib. Şükriyyə xanımın keçdiyi məşəqqətli həyat yolundan bəhs edən məruzə simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.