ADMİU-NUN DOSENTİ AĞALAR BAYRAMOVLA GÖRÜŞ KEÇİRİLİB
ADMİU-NUN DOSENTİ AĞALAR BAYRAMOVLA GÖRÜŞ KEÇİRİLİB
24.02.2022
21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ADMİU-nun dosenti, Əməkdar artist Ağalar Bayramov və tələbələrinin iştirakı ilə “Könlüm şeir soraqlıdır” adlı görüş keçirilib.
ADPU Təhsil Könüllüləri İctimai Birliyi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə A.Bayramov bədii qiraət sənətinin incəliklərindən söz açıb, ana dilinin inkişaf etdirilməsi, zənginləşdirilməsində poeziyanın, ədəbiyyatın əhəmiyyətindən bəhs edib. O, tələbələri maraqlandıran suallara geniş və ətraflı cavab verib.
Tədbirdə Əməkdar artist Ağalar Bayramov və istedadlı tələbələrinin ifasında Azərbaycan ədəbiyyatının nəhəng şairlərinin yaradıcılığından poeziya nümunələri dinlənilib.