2022-ci ilin dekabrın 8-də “Canon” şirkətinin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün təqdimat keçirdi. Tədbirdə “Canon” şirkətinin biznesin inkişafı üzrə meneceri Valeh Məhərrəmov, fotoqraf Ruslan Nəbiyev və ADMİU-nun tələbələri iştirak etmişdir. İlk olaraq Valeh Məhərrəmov şirkət və görüşün əsas məqsədi haqqında tələbələrə ətraflı məlumat verdi. Ardınca fotoqraf Ruslan Nabiyev kameralar haqqında detallı informasiya ilə çıxış etdi. Həmçinin, Valeh Məhərrəmov tələbələrin marağına səbəb olacaq Waterchallange müsabiqəsi ilə təqdimata davam etdi. Tələbələr müsabiqədə iştirak edərək su ilə çəkilən şəkilləri qeydiyyatdan keçirib Instagram səhifəsində paylaşaraq hədiyyə qazanmaq şansı əldə etdilər. Müsabiqə 1 gün davam etdikdən sonra iştirak edən tələbələr arasından maraqlı şəkilləri ilə seçilən 2 tələbə: Namiq Babakişiyev (1-ci yer) və Günay Səlimzadə (2-ci yer) qalib oldular. 1-ci yerin qalibinə “Canon Pixma” G540 fotoprinteri, 2-ci yerin qalibinə “Canon Selphy Qx10” mini printeri təqdim olundu.
Bundan əlavə qeyd edək ki, “Canon” şirkəti önümüzdəki aylarda tələbələr üçün Masterclass təşkil edəcək və bütün həvəskar fotoqraflar bu Masterclassdan faydalana biləcək.