ADMİU-NUN PROFESSORU ƏLİ ƏMİRLİNİN YENİ KİTABI ÇAP OLUNUB
ADMİU-NUN PROFESSORU ƏLİ ƏMİRLİNİN YENİ KİTABI ÇAP OLUNUB
11.12.2022
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Ustad dərsləri” adlı yeni kitabı çap olunub.
ADMİU-nun Kitabxana və İnformasiya Mərkəzinin “Azərbaycan teatrı-incəsənətimizin zirvəsi” adlı layihəsinin növbəti kitabı olan “Ustad dərsləri”ndə müəllifin “Ulduz” jurnalı və “525-ci qəzet”in birgə layihəsində dramaturgiyaya aid çap olunmuş 10 “dərs”i toplanıb. Layihənin müəllifi “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsdir.