Bu ilin oktyabr ayından başlayaraq 1 ay müddətində “ULUS” Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Universal şəxsiyyətin formalaşması üçün “Uğur düsturları kursu” layihəsini təşkil edilib. “Uğur düsturları kursu”nun tələbi ilə layihə çərçivəsində 20 əsas ixtisas üzrə 20 magistr, doktorant seçilib. Həmin magistr və doktorantlar kursun sonunda diplomla təltif olunacaqlar.
Baş tutan layihədə təlimçi kimi çıxış edən ADMİU-nun kino tənqidi üzrə II kurs magistratura tələbəsi İmdad Kərimli "Kino nədir?, Kino terapiya, 44 günlük müharibədən sonra çəkilən sənədli-bədii filmlərin monitorinqi" kimi kino ilə bağlı mövzularda çıxış etib və layihə sonunda imtahan komissiyasının rəyinə əsasən diplomla təltif olunub.
“Uğur düsturları kursu” layihəsinin təşkili bu üsulla universal bilgili vətəndaş yetişdirməyin modelini yaratmaqdan bəhs edir ki, bu da Azərbaycan gənclərinin mədəni-maarif cəhətdən yetişməsində müstəsna xidmətdir.