Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər fakültəsinin Kino-televiziya sənətləri kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət mükafatı laueratı, "Şərəf" ordenli Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir!” filmi İkinci Dədə Qorqud Türk Dünyası Film Festivalında “Ən yaxşı rejissor” mükafatı ilə təltif edilib. 1-5 noyabr tarixlərində Türkiyənin Bursa şəhərində keçirilən festivalda ümumilikdə 13 ölkədən 42 film iştirak edib. Film Qarabağ torpaqları uğrunda 44 günlük Vətən müharibəsindəki savaşımızdan bəhs edir.